Yüksək səviyyəli Aİ-ŞT biznes forumunun əsas mövzusu innovasiya və e-ticarət olacaq

4-cü Şərq Tərəfdaşlığı Biznes Forumu 26-27 oktyabr tarixlərində Estoniyanın paytaxtı Tallində keçiriləcək.

26-27 oktyabr 2017-ci il tarixlərində Tallində baş tutacaq 4-cü ŞT Biznes Forumunun diqqət mərkəzində mütərəqqi texnologiyalar, e-ticarət və rəqəmsal iqtisadiyyat mövzuları olacaq.

Adı çəkilən forum bu il noyabrın 24-də Brüsseldə baş tutacaq Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasındakı sammitin müjdəçisidir. Bu biznes forum Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları (NEAR) üzrə komissarı Yohannes Hann və hazırda Aİ Şurasına Sədrlik edən və adı çəkilən biznes forumu təşkil edən Estoniyanın prezidenti Kersti Kalyulayd tərəfindən açıq elan ediləcək.

"Biznes Forum diqqəti KOM-lara yönəltməklə, işgüzar dünyanı narahat edən çağdaş problemlərə həsr olunacaq", deyə Estoniyanın Xarici İşlər Naziri Sven Mikser bildirib. 

Tanınmış məruzəçilər

Əsas məruzəçilərə daxildir:

  • DG NEAR-ın baş direktorunun müavini Katerina Mathernova
  • Avropa Komissiyasının Birləşmiş Araşdırma Mərkəzinin baş direktorunun müavini Maiv Ryut
  • Növbəti qurumların yüksək səviyyəli nümayəndələri:

- Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)

- Avropa Biznes Assosiasiyası və

- Asiya-Sakit Okeanı Ticarət və Sənaye Palatası.

ŞT ölkələrindən olan məruzəçilərə növbəti qurumların aparıcı rəsmiləri daxildir:

  • Ermənistan Mərkəzi Bankı
  • Rayffayzen-Aval Bank (Ukrayna)
  • Gürcüstan Ticarət və Sənaye Palatası və
  • Ukrayna və Azərbaycandan olan ixracatçılar və elektron hökumətə dair ekspertlər.

Aİ ölkələrini biznes forumda baş icraçı direktorlar, startap və rəqəmsal sahələrin ekspertləri və sənaye təhlilçiləri təmsil edəcək.

Geniş miqyaslı proqram

Forumun dörd plenar sessiyası növbəti mövzulara həsr olunacaq:

  • Elektron hökumət və rəqəmsal iqtisadiyyat
  • Trans-sərhəd ticarət, logistika və elektron ticarət
  • Beynəlxalq biznesin və innovasiyaların maliyyələşdirilməsi və
  • Mütərəqqi texnologiyalar və həllər.